Qazaxıstan Prezidenti Nursultan Nazarbayev: SSRİ Yenidən Qurula Bilməz

Qazaxıstan Prezidenti Nursultan Nazarbayev Avrasiya İqtisadi Birliyinin yaradılmasının SSRİ-nin “yenidən qurulması” ilə heç bir bağlantısı olmadığını və birliyin sırf iqtisadi layihə olduğunu bildirib.

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Ria Novosti-yə istinadən xəbər verir ki, bunu Qazaxıstanın dövlət başçısı tarixi publisistika janrında yazdığı və Qazaxıstanın çağdaş tarixinə və gələcəyinə yazarın baxışını əks etdirən “Müstəqillik erası” adlı kitabında bildirib.

“Səmərəsiz (irrasional, məntiqsiz) qorxulara qapılan kəslərə gəlincə, belələrinə gərəkli cavabı hələ 2011-ci ilin oktyabrında vermişəm: SSRİ-nin restavrasiyası, ya da reinkarnasiyası baş vermir və bundan sonra da baş verməyəcək. Bu, yalnız keçmişin kabusu, əsassız gümanları və spekulyasiyalarıdır”, – deyə Nazarbayev cümə axşamı özəl saytında yayımlanan kitabında yazır.

Nazarbayevin düşündüyünə görə, AİB-nin Avropa Birliyi ilə əməkdaşlıq potensialı böyük önəm daşıyır.

“Elə buna görə 2016-cı ilin aprel ayında Brüsseldə Avrasiya İqtisadi Birliyi ilə Avropa Birliyi arasında birbaşa dialoqun qurulması təşəbbüsü ilə çıxış etmişəm. Dünya elitasına Avrasiya inteqrasiya prosesləri ilə bağlı ən etibarlı informasiyanı çatdırmaq üçün bütün imkanlardan yararlanmışam”, – deyə yazar vurğulayır.

Nazarbayevin sözlərinə görə, 2016-cı ilin mart ayında Vaşinqtonda ABŞ hökumət rəsmiləri ilə keçirilən görüşdə AİB-nin sırf iqtisadi birlik olduğunu diqqətə çatdırıb.

“SSRİ-nin yenidən qurulmasından heç bir söz gedə bilməz. “Soyuq müharibədən” qalan bu stereotiplərin kökünü kəsmək gərəkdir. Onlar bizə gələcəyə baxmağa imkan vermir. Avrasiya İqtisadi Birliyi tam iqtisadi layihədir”, – deyə Qazaxıstan lideri vurğulayıb.

Buna Oxşar Xəbərlərdən:

YALAN.info

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

Bu Xəbərləri də Bəyənəcəksiniz

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir