İstanbulun Atatürk aeroportunda terror aktı törədildi

Türkiyənin ən böyük şəhəri olan İstanbulda, gün ərzində minlərlə insanın istifadə etdiyi Atatürk aeroportunda terror aktı törədildi. Hücumda İŞİD silahlılarının əli olduğu ehtimal edilir.

“Terror hadisəsinin həm bayram, həm də Türkiyənin bir sıra ölkələrlə münasibətlərini düzəltmək ərəfəsində baş verməsi heç də təsadüf deyil. Bu qanlı hadisə öncədən planlaşdırılmış şəkildə peşəkar şəxslər tərəfindən həyata keçirilib”.

Bu sözləri ANS TV-yə müsahibəsində İstanbulun Atatürk Hava Limanının rəsmisi Mustafa Kalender deyib.

Mustafa Kelender baş verənlərin Türkiyə-İsrail, Türkiyə-Rusiya münasibətlərinin düzəlməsini istəməyən, eləcə də Türkiyəni həm turizm, həm də iqtisadi cəhətdən vurmaq istəyən bəzi maraqlı güclərin istəyindən qaynaqlandığını bildirib.

Hava limanı rəsmisi terror hadisəsi üçün Atatürk Hava Limanının, xüsusən də “Aeroflot” ofisinin seçilməsinin də düşünülmüş planın tərkib hissəsi olduğunu vurğulayıb.

Daha sonra Mustafa Kalender mətbuatda terrorçuların sayının 7 nəfər olması ilə bağlı yayılan məlumatlarla bağlı da danışıb.

O, hazırda istintaqın aparıldığını, araşdırmalardan sonra dəqiq məlumatın veriləcəyini, lakin hazırda hücumun 3 terrorçu tərəfindən törədildiyinin məlum olduğunu diqqətə çatdırıb.

“Terrorçulardan biri əlindəki “Kalaşnikov” silahı ilə insanlara atəş açaraq X Ray cihazını keçib. Daha sora üzərindəki bombanı partladacağını deyərək insanlaraı təşvişə salıb. Çıxışa doğru qaçan təşviş içində olan kütləni digər terroçu qarşılayıb və üzərindəki bombanı partladıb”, – deyə Kalender bildirib.


Atatürk Hava Limanı rəsmisinin ANS TV-yə müsahibəsi

Ötən gün baş verən terror aktından sonra Türkiyənin İstanbul şəhərində insanlar təşvişdədirlər. ANS TV-nin Türkiyə müxbiri Pərviz Sultansoyun məlumatına görə, Atatürk aeroportunda baş verən terror hadisəsindən sonra insanlar hələ də özlərinə gələ bilməyiblər və qorxu içərisindədirlər.

Rəsmi məlumatlara görə, ölü sayı 36 nəfərdir. Türkiyə hökuməti İstanbul şəhərində panika yaranması və yenidən terror aktının baş verəcəyini nəzərə alaraq xəbərlərin verilməsinə yayım qadağası qoyub.

Hazırda Atatürk hava limanında təhlükəsizlik ən yüksək dərəcədədir, polislər növbəti hadisənin baş verməməsi üçün əllərindən gələni edirlər.

Buna Oxşar Xəbərlərdən:

YALAN.info

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

Bu xəbəri də oxuyun

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir