7 il sonra tükürpədici cinayətin üstü açılıb. Belə ki, 2008-ci ildə Sezgi adlı 15 yaşlı yeniyetmə qız sosial şəbəkədə tanış olduğu üç oğlan yoldaşı tərəfindən qaçırılıb. Daha sonra “yoldaşları” onu gecə ikən naməlum bir evə aparıblar.

Hafta.az-ın İHA-ya istinadən verdiyi xəbərə görə, Sezgi.K həmin manyaklar tərəfindən zorlanıb. Təcavüz səhərə qədər davam edib. Qadın manyakları bununla da kifayətlənməyiblər. Sezgiyə narkotik maddə qəbul etdiriblər. Nəticədə, ağır zorakılıqlara dözməyən on beş yaşlı yeniyetmə on iki saat sonra dünyasını dəyişib. Cinayətkarlar izi itirmək üçün Sezginin cəsədini hamamda yuyublar. Daha sonra onu İspartaya apararaq bir meşəyə atıb, qaçıblar.

32 saat sonra cəsədi polis tərəfindən meşədə tapılan 15 yaşlı yeniyetmənin əsl faciəsi isə ölümündən sonra başlayıb. Polis onu fahişə hesab edib və Sezgi İspartadakı kimsəsizlər məzarlığına dəfn olunub. Sezginin “fahişə” kimi dəfn olunmasına səbəb isə İspartada 18-19 yaşlarında bir fahişənin itkin düşməsi haqqında anonim telefon zəngi olub. Polis həmin itkin fahişəni Sezgi olduğunu zənn edib.

Sezginin ailəsi isə itkin düşən qızlarının axtarışına başlayıblar. Yeddiillik axtarışlardan sonra qızlarının cəsədinin qalıqlarını adıçəkilən məzarlıqda tapıblar. Təbii ki, yalnız DNT testinin müsbət cavabından sonra meyitin qızları olduğuna əmin olublar.

Sezginin vəkili Sibel Önderin sözlərinə görə, 7 ildən sonra Sezgini zorlayanlarla bağlı cinayət işi açılıb. 4 nəfər şübhəlinin də istintaqda adı hallanıb. Onlardan biri qadın, üçü kişidir. Müttəhimlərdən biri narkotik qaçaqmalçılığından həbsdə olduğu halda, digər üçü hələ də azadlıqdadır. Daha doğrusu, onlardan biri artıq ötən il infarktdan dünyasını dəyişib. Bu Sezginin ölümündə günahlandırılan həmcinsidir. Digər bir nəfər isə məhkəmə salonuna çağırılıb. Bir nəfərdən isə hələ də səs–soraq yoxdur. Polis onun haqqında məlumatsız olduğunu bildirib.

İyulun 13-də isə Sezgi.K-nın qatillərinə hökm oxunacaq.


15 yaşındakı gənc qızın zorlanaraq öldürülməsi cinayətinin özəllikləri

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın