Azərbaycanlı Rusiya Vətəndaşlığı Üçün 71 Yaşlı Qadınla Yalandan Evləndi

Rusiya prokurorluğu 50 yaşlı Azərbaycan vətəndaşı ilə 71 yaşlı Çerepovts sakini arasında yalançı nikah faktını aşkarlayıb.

Bununla bağlı YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Rusiya mətbuatına istinadən xəbər verir.

Azərbaycanlı vətəndaşlıq almaq üçün sənədlərini uyğun dövlət orqanına verdikdən sonra yoxlama aparılıb.

Məlum olub ki, kişi qadınla iş yerində, kolxoz bazarında tanış olub. Onlar 2009-cu ildə Çerepovsk VVAQ idarəsində nikaha giriblər.

“Qanuna görə, xarici vətəndaş Rusiya vətəndaşı ilə ailə quran zaman ona kvota nəzərə alınmadan Rusiyada müvəqqəti yaşamaq icazəsi verilir. Sonra o, Rusiya vətəndaşlığı almağı planlaşdırıb və buna nail olub.

Yoxlama zamanı məlum olub ki, Azərbaycan vətəndaşı qadına yalandan nikah qurmağı təklif edib, bunun qarşılığında isə “həyat yoldaşını” maddi cəhətdən təmin etməyi öhdəsinə götürüb. O, verdiyi sözü tutub. Məlum olub ki, cütlük heç vaxt eyni ünvanda yaşamayıb, birgə təsərrüfatla məşğul olmayıb və nikahdan uşaqları yoxdur.

Nikah ailə qurmaq istəyilə bağlanmayıb. Ona görə də Ailə Məcəlləsinə görə etibarsız sayılır”, – deyə prokuror yardımçısı Anton Upadışev bildirib.

Məhkəmə azərbaycanlı ilə Çerepovts şəhər sakini arasında bağlanmış nikahı etibarsızlaşdırıb.

İndi kişinin Rusiyadan deportasiya olunacağı gözlənilir.

Buna Oxşar Xəbərlərdən:

YALAN.info

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

Bu Xəbərləri də Bəyənəcəksiniz

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir