Azərbaycanda sürücülük vəsiqələri yeni qaydalarla veriləcək

Parlamentin dünən keçirilən toplantısında “Yol hərəkəti haqqında” qanuna əlavə və dəyişiklik müzakirəyə çıxarılıb.

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı bildirir ki, layihəylə bağlı danışan Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, dəyişiklik Azərbaycanın qoşulduğu Vyana Konvensiyasının tələblərindən irəli gəlir.

Layihədə triskl, kvadrsikl ilə bağlı təsnifat, sürücülük hüququ ilə bağlı yeni alt kateqoriyalar müəyyənləşir. Layihə səsə qoyularaq qəbul edilib.

Qanunun 33-cü maddəsinə edilən dəyişikliyə əsasən, nəqliyyat vasitələrində istifadə yaşı müəyyən edilib:

Azərbaycan Respublikası ərazisindəki yollarda nəqliyyat vasitələrini idarə etmək hüququ aşağıdakı yaşlardan yaranır:

Velosipedi və arabanı idarəetmə hüququ – 14 yaşdan;

Asma mühərrikli velosipedi, mopedi və “A1” altkateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququ – 16 yaşdan;

  1. “A”, “B”, “C” kateqoriyasına, “B1” və “C1” altkateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququ – 18 yaşdan;
  2. “BE” kateqoriyasına və “C1E” altkateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququ – 19 yaşdan (müvafiq olaraq “B” və ya “C” kateqoriyasına (o cümlədən “C1” altkateqoriyasına) daxil olan nəqliyyat vasitələrini idarə etmək sahəsində təcrübə 1 ildən az olmamaq şərtilə);
  3. “CE” kateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququ – 21 yaşdan (“C” kateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarə etmək sahəsində təcrübə 3 ildən az olmamaq şərtilə);
  4. “D” kateqoriyasına daxil olan nəqliyyat vasitələrini, tramvayları və trolleybusları və “D1” altkateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququ – 23 yaşdan (65 yaşadək, habelə “B”, “C” və ya “C1” altkateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarə etmək sahəsində təcrübə 5 ildən az olmamaq şərtilə);
  5. “D1E” altkateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququ – 25 yaşdan (65 yaşadək, habelə “D” kateqoriyasına və ya “D1” altkateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarə etmək sahəsində təcrübə 2 ildən az olmamaq şərtilə);
  6. “DE” kateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququ – 26 yaşdan (65 yaşadək, habelə “D” kateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarə etmək sahəsində təcrübə 3 ildən az olmamaq şərtilə)”.

Qanunun 34-cü (sürücülük vəsiqəsi) maddəsində də dəyişiklik edilməsi təklif olunur. Maddənin IV hissəsinə edilən əlavəyə əsasən, avtomobilləri və motosikletləri idarə etmək üçün verilən sürücülük vəsiqələrində, bu maddənin üçüncü hissəsində (Hər hansı şəxsin sağlamlıq cəhətdən sürücülüyə yararlı hesab edilməsinin əsaslarını, habelə nəqliyyat vasitələrini idarə etməsinə mane olan xəstəliklərin və ya fiziki qüsurların siyahısını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir və sürücülüyə yararsız hesab edilən şəxslər barədə məlumatları müvafiq icra hakimiyyəti orqanına göndərir) nəzərdə tutulmuş məlumatlardan başqa, idarəetmə hüququnun qüvvəsinin şamil edildiyi nəqliyyat vasitələrinin aşağıdakı kateqoriyaları göstərilir:

  • “B1” – bu qanunun 1-ci maddəsinin 25-3-cü bəndində kvadrosikl – yüksüz vəziyyətdə kütləsi 400 kq-dan (yükdaşıma üçün nəzərdə tutulan nəqliyyat vasitələri üçün 550 kq-dan) çox olmayan (elektrik mühərrikli nəqliyyat vasitələri üçün akkumulyatorın kütləsi nəzərə alınmır) və maksimal effektiv gücü 15 kVt-dan çox olmayan mühərrikli 4 təkərli mexaniki nəqliyyat vasitələridir;
  • “C1” – “D” kateqoriyasına və “D1” altkateqoriyasına daxil edilməyən, icazə verilən maksimal kütləsi 3500 kq-dan artıq, lakin 7500 kq-dan çox olmayan avtomobilləri, habelə qoşqusunun icazə verilən maksimum kütləsi 750 kq-dan artıq olmayan “C1” altkateqoriyasından olan avtomobilləri idarə etmək üçün;
  • “D1” – sərnişin daşınması üçün nəzərdə tutulan və oturacaq yerlərinin sayı, sürücü oturacağından əlavə 8-dən artıq, lakin 16-dan çox olmayan avtomobilləri, habelə qoşqusunun icazə verilən maksimum kütləsi 750 kq-dan artıq olmayan “D1” altkateqoriyasından olan avtomobilləri idarə etmək üçün;
  • “C1E” – qoşqusunun icazə verilən maksimum kütləsi 750 kq-dan artıq, lakin avtomobilin yüksüz kütləsindən çox olmayan və bütövlükdə belə tərkibin icazə verilən maksimum kütləsi 12 000 kq-dan artıq olmayan “C1” altkateqoriyasından olan avtomobilləri idarə etmək üçün;
  • “D1E” – sərnişin daşınması üçün nəzərdə tutulmayan qoşqusunun icazə verilən maksimum kütləsi 750 kq-dan artıq olan, lakin avtomobilin yüksüz kütləsindən çox olmayan və bütövlükdə belə tərkibinə icazə verilən maksimum kütləsi 12 000 kq-dan artıq olmayan “D1” altkateqoriyasından olan avtomobilləri idarə etmək üçün.

Layihəyə görə, A, B, C, D, CE və DE kateqoriyalarına daxil olan avtomobilləri idarə etmək hüququnu təsdiq edən sürücülük vəsiqəsi A1, B1, C1, D1, C1E və D1E altkateqoriyasına daxil olan avtomobilləri idarəetmə hüququnu təsdiq edir.

Dəyişikliklər Milli Məclisin plenar iclasında səsə qoyularaq qəbul edilib. Qanun layihəsi 2019-cu il yanvarın 1-dən qüvvəyə minəcək.

Yeni sürücülük vəsiqələri 2019-cu ildən veriləcək

Azərbaycanda yeni sürücülük vəsiqələrinin verilməsinə 2019-cu ilin yanvarın 1-dən başlanılacaq.

2019-cu ilin yanvarın 1-dək verilmiş sürücülük vəsiqələri, onların dəyişdirilməsi “Yol hərəkəti haqqında” qanunun 35-ci maddəsinin VI hissəsinin 1-5-ci bəndlərində nəzərdə tutulmuş əsaslar müəyyənləşdirilənədək gücdə qalacaq.

Vətəndaşlar sürücülük vəsiqəsinin yeni nümunəli sürücülük vəsiqəsinə dəyişdirilməsi üçün “Yol hərəkəti haqqında” qanunun 35-ci maddəsinin VI hissəsinin 1-5-ci bəndlərində nəzərdə tutulmuş əsaslar olmadan da müraciət edə bilərlər.

Bu halda sürücülük vəsiqəsi “Yol hərəkəti haqqında” qanunun 35-ci maddəsinin VII hissəsində nəzərdə tutulmuş qaydada dəyişdirilir.

Dəyişiklik Milli Məclisin dünən baş tutmuş toplantısında səsə qoyularaq qəbul edilib.

Buna Oxşar Xəbərlərdən:

YALAN.info

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

Bu Xəbərləri də Bəyənəcəksiniz

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir