Avropa Birliyi (AB) ilə Azərbaycan arasında danışıqlarının tarixi və yeri açıqlandı

“Avropa Birliyi (AB) ilə Azərbaycan arasında tərəfdaşlıq haqqında yeni sazişlə bağlı danışıqların növbəti mərhələsi 29-30 may tarixlərində Bakıda keçiriləcək”.

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı bildirir ki, bunu Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyinin siyasət bölməsinin rəhbəri, nümayəndəliyin birinci müşaviri Denis Danilidis bildirib.

Danışıqlara qoşulmaq üçün Avropa Birliyinin nümayəndə heyəti bazar ertəsi Bakıya gələcək.

Sazişin 2019-cu ildə imzalanacağı ilə bağlı məlumatlara münasibət bildirən D.Danilidis konkret tarixin bilinmədiyini deyib:

“Sazişlə bağlı danışıqlar başlayanda, bilmək olmur ki, sənəd nə vaxt imzalanacaq”.

D.Danilidis Azərbaycanla AB arasında aviasiya sazişi ilə bağlı bütün detalların artıq müzakirə edildiyini bildirib:

“AB üçün bu saziş artıq tam aydındır. Danışıqlar bitib. Tərəflər arasında razılaşdırılmış sənəd var.

Mən belə başa düşürəm ki, Azərbaycan tərəfinin razılaşmanın milli aviadaşıyıcı olan AZAL-a və iqtisadiyyatın başqa sahələrinə necə təsir edəcəyini analiz etməyə ehtiyacı var. Ona görə də Azərbaycan tərəfini gözləyirik. İndi danışıqlar yoxdur. Sazişin bu il imzalanması isə ancaq Azərbaycan tərəfindən asılıdır”.

Buna Oxşar Xəbərlərdən:

YALAN.info

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

Bu Xəbərləri də Bəyənəcəksiniz

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir