Futbol üzrə Azərbaycan Premyer Liqasının XXVII tur oyunları keçirilib.

YALAN.info bildirir ki, sona 1 tur qalmış “Zirə” və “Qəbələ” komandaları UEFA Konfrans Liqasına vəsiqələri rəsmiləşdirib. Bu iki komanda ilə yanaşı, “Neftçi” PFK da sözügedən turnirdə mübarizə aparacaq. Ölkə çempionu “Qarabağ” FK isə Azərbaycanı UEFA Çempionlar Liqasında təmsil edəcək. 

XXVII turun bütün qarşılaşmaları eyni saatda başlayıb. “Qəbələ” Futbol Klubu səfərdə “Şamaxı”nı 1:0 hesabı ilə üstələyib. Qələbə qolunu 25-ci dəqiqədə Emil Səfərov vurub.

Azərbaycan Premyer Liqası 2021/2022 XXVII tur “Şamaxı” 0-1 “Qəbələ”

“Sabah” doğma meydanda “Sumqayıt”la 2:2 hesablı heç-heçə edib. “Gənclik şəhəri” təmsilçisindən Vurğun Hüseynov 56-cı dəqiqədə, Rəhim Sadıxov isə 83-cü dəqiqədə fərqlənib. Meydan sahiblərindən isə 90+5-ci dəqiqədə penaltidən Kristian Sebalyos və 90+6-cı dəqiqədə Aleksey Kaşuk adını tabloya yazdırıb.

Azərbaycan Premyer Liqası 2021/2022 XXVII tur “Sabah” 2-2 “Sumqayıt”

Çempionatın lideri “Qarabağ” səfərdə “Səbail”i Rauf Hüseynlinin 70-ci, Musa Qurbanlının 87-ci və Ramil Şeydayevin 90+3-cü dəqiqədə vurduğu qollarla məğlubiyyətə uğradıb – 3:0.

Azərbaycan Premyer Liqası 2021/2022 XXVII tur “Səbail” 0-3 “Qarabağ”

Gümüş medalları təmin etmiş “Neftçi” səfərdə “Zirə”yə 0:1 hesabı ilə uduzub. “Qartallar”ın qolunu 81-ci dəqiqədə Ramin Əhmədov vurub.

Azərbaycan Premyer Liqası 2021/2022 XXVII tur “Zirə” 1-0 “Neftçi”

Sona bir tur qalmış lider “Qarabağ” FK xallarının sayını 66-ya çatdırıb, “Neftçi” 50 xalda qalıb. “Zirə” və “Qəbələ” 44 xalla 3-4-cü yerləri bölüşdürür. Avrokubokdan məhrum olan “Sabah” 39 xalla 5-ci yerdədir. 21 xalı olan komandalardan “Sumqayıt” və “Şamaxı” 6-7-ci pillədədir. Son sıradakı “Səbail”in isə 15 xalı var.

Premyer Liqanın sonuncu – XXVIII turunda bürünc medalın taleyinə aydınlıq gələcək. Üçüncü yer uğrunda “Zirə” və “Qəbələ” komandaları mübarizə aparacaq. Paytaxt təmsilçisi “Şamaxı”nı, bölgə klubu ilə “Sabah”ı qəbul edəcək.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın