Ukraynanın paytaxtı Kiyevdə Volodimir Zelenski ölkəsinin sürətləndirilmiş qaydada NATO-ya üzvlüyü ilə bağlı ərizəyə imza atıb.

YALAN.info bildirir ki, bununla bağlı Ukrayna Prezidenti Təhlükəsizlik Şurasının təcili toplantısından sonra videomüraciətində bildirib.

V.Zelenski bəyan edib ki, Ukrayna faktiki olaraq NATO alyansının bir parçasıdır. “Bu gün Ukrayna bunu de-yure etmək üçün müraciət edir… Biz Ukraynanın NATO-ya sürətləndirilmiş üzvlüyü ilə bağlı ərizəsini imzalamaqla qətiyyətli addımımızı atırıq”, – Zelenski vurğulayıb.

Volodimir Zelenski Ukraynanın bütün ərazisinin Rusiya işğalından azad ediləcəyini bəyan edib. “Biz bu gün burada, Kiyevdə, ölkəmizin qəlbində bütün azad xalqların güvənliyi üçün qətiyyətli addımlar atırıq. Bizi hədələyənləri, öldürmək və şikəst etmək istəyənləri görürük. Onlar özlərinin nəzarət zonasını genişləndirməkdən ötrü vəhşilik törədirlər”, – deyə Volodimir Zelenski vurğulayıb.

Ukrayna Prezidenti söyləyib ki, əgər onlar Rusiyanı dayandırmasaydı, bu ölkənin ordusu Ukrayna ilə kifayətlənməyəcəkdi: “Baltikyanı ölkələr, Polşa, Moldova, Gürcüstan, Qazaxıstan zərbə altında qalacaqdı. Rusiya Avropa və Asiyanın müxtəlif ölkələrini zəbt etmək iddiasında idi”.

Ukrayna Prezidenti bəyan edib ki, Rusiya qətl, işgəncə, şantaj və yalanlarla tarixi yenidən yazmaq və sərhədləri yenidən cızmaq istəyir.

Володимир Зеленський підписав заявку на вступ України до НАТО

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın