Ukrayna Prezidenti Volodimir Zelenski ölkənin bütün sakinlərini Rusiya hərbçilərinə qarşı mübarizəyə çağırıb.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bu sözləri Prezident öz YouTube kanalında yayımlanan bütün Ukrayna xalqına növbəti video-müraciətində deyib.

“Böyük Ukraynanın böyük insanları! Bu videoda mən ayrı-ayrılıqda Ukrayna şəhərlərinə və bu şəhərlərin cəsur sakinlərinə müraciət etmək istəyirəm. Tanklardakı təsadüfi “turistlərə” deyil, günəşin yalnız xoş qonaqlar üçün parladığı Ukraynanın cənəbuna. Berdyansk, Kaxov, Enerqodar, Melitopol və əlbəttə ki, Xersona qədər.

Xersonda bu gün qulların azad insanlara atəş açdığını gördük. Rusiyanın göndərdiyi bu qullar heç vaxt meydanlarda, küçələrdə bu qədər azad insan görməmişdilər. Ondan, əlində silah olan qullardan qorxmayan minlərlə insan görməyiblər. Qullar iradəni vəhşilik, təhlükə kimi qəbul edirlər. Onlarda qorxu var. Onların beyinlərini yuyan təbliğatın qulları. Və sonra – dinc azad insanlara atəş açırlar”, – dövlət başçısı qeyd edib.

“Xersonda mülki əhaliyə sırf mavi və sarı rəngə görə atəş açan hər bir işğalçını qara zolaq gözləyir. İşğalçılar Berdyansk, Melitopol və Kaxovkada qara zolaqda olacaqlar. Ukraynalılarla müqaviməti təşkil etməyə gərək oxdur. Müqavimət Ukraynalıların ruhunun özündədir.

Sumı, Axtırka və Lebedin… İzyum, Derqaçi… Volnovaxa, Popasnaya… Borodyanka, Qostomel, Makarov… Nikolayev… Mariupol! Zəhmətkeş və vicdanlı şəhər! Mariupol. Hansı ki, işğalçılar sadəcə məhv edirlər. Parçalayıb kül edirlər. Ancaq hansı ki, onların hamısından çox yaşayacaq. Öz ölkəsinin qayğısına qalmağı bilməyən əhəmiyyətsiz qullar. Öz xalqının qeydinə qala bilməyənlər, başqasının ölkəsinə gedirlər.

Biz hər bir ukraynalı üçün mübarizə aparırıq! Və hər kəsi xatırlayırıq! Və hər birinizə ayrı-ayrılıqda təşəkkür edirəm. İnsanlar kimi bu gözəl şəhərlərə də. Lvov kimi, Frankivsk, Xmelnitski, Çernivtsi, Ternopil, Lutsk, bizim Ujqorod kimi… Kropivnitski, Zaporojye, Dnepr, Krivoy… Vinnitsa, Rovno… Çerkassı, Poltava… Odessa!

Bu işğal zamanı xalqımız arasında daim qəhrəmanlar yetişir. Bir vaxtlar adi ukraynalı idilər, indi isə döyüşçüdürlər. Dövlətimiz üçün ayağa qalxan kişilər və qadınlar. Hər yerdə: cənubda, şərqdə, şimalda, mərkəzdə, qərbdə və xaricdə.

Böyük Ukraynanın böyük xalqı! Təsadüfi deyil ki, mən Böyük Ukrayna deyirəm. Çünki dövlətimizdəki hər kəsə və xaricdə olanlara müraciət edirəm. Şəhərlərdə və kəndlərdə yaşayanlara. Mən bütün ukraynalılara müraciət edirəm. Dövlətimizi qorumaq üçün hər şeyi edin. Xalqımızı xilas etmək üçün mübarizə aparın. Mübarizə edin və yardım edin. Bu qulları qovun! İşğalçıları qovun ki, Ukrayna yaşasın. Və hamımız onunlayıq. Azad və dinc. Biz onu çox sevirik, yaşasın Ukrayna!”, – Zelenski çağırışında deyib.

Президент звернувся до мешканців Херсона, Бердянська, Каховки, Енергодара, Мелітополя й інших міст

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın