“Gələn il Ukrayna üçün dönüş nöqtəsi olacaq”.

YALAN.info bildirir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Konqresində çıxışı zamanı deyib.

“Gələn il dönüş nöqtəsi olacaq. Bilirəm. Bu, Ukraynanın cəsarəti və amerikalıların qətiyyətinin öz dəyərlərini müdafiə edən insanların azadlığını təmin edəcəyi məqamdır”, – o bildirib. O, əlavə edib ki, ABŞ-a gəlməzdən əvvəl cəbhədə, Ukraynanın şərqində olub: “Ukrayna yıxılmayıb, Rusiyanın genişmiqyaslı işğalına baxmayaraq yaşayır və hələ də mübarizə aparır. Rusiya tiranlığı Ukrayna üzərində nəzarəti itirib. Bu, bir daha heç vaxt Ukrayna xalqının şüuruna təsir etməyəcək”.

Onun sözlərinə görə, Ukrayna heç vaxt ABŞ ordusundan Rusiyaya qarşı döyüşməyi xahiş etməyib: “Ukrayna Silahlı Qüvvələri Amerika texnikasını məharətlə idarə edə bilir. Rusiya təcavüzünü dayandıra bilər, lakin ABŞ-ın onu sürətləndirmək imkanı var. Bizim artilleriyamız var. Onun üçün təşəkkür edirəm. O yetərlidirmi? Yox, əslində”.

Ukrayna Prezidenti Volodimir Zelenski Baxmutun müdafiəçilərinin ona verdikləri Ukrayna bayrağını ABŞ Konqresinə bağışlayıb. Ukrayna lideri Konqresdə çıxışı zamanı bildirib ki, bu bayraq Ukraynanın qələbəsinin simvoludur. “Bu müharibədə biz duruş gətiririk, vuruşuruq və qalib gəlirik, çünki biz birik – Ukrayna, Amerika və bütün azad dünya”, – V.Zelenski konqresmenlər qarşısında çıxışında söyləyib.

Öz növbəsində Konqresin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi Volodimir Zelenskiyə ABŞ bayrağını bağışlayıb.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın