Bu gün Kiyev yaxınlığında döyüşlər davam edir. Şəhər paytaxtın müdafiəsi üçün bütün resurslarını toplayır. Hər şey ağır hərbi vəziyyət şəraitində yaşayan sakinlərin həyat təminatı üçündür.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bununla bağlı şəhərin meri Vitali Kliçko öz Telegram kanalında məlumat verib.

“Bu gün mən Kiyevin girişlərində quraşdırılmış bəzi nəzarət-buraxılış məntəqələrində oldum. Hərbçilərimiz, müdafiə qüvvələrimiz ayıq-sayıqdır və düşməni dəf etmək əzmindədir. Onlar Kiyevi nəyin bahasına olursa-olsun müdafiə edəcəklərini söylədilər”, – deyə Kliçko vurğulayıb.

Kliçko əmindir ki, Kiyev verilməyəcək: “Kiyev dövlətimizin ürəyidir. Bu gün Ukraynanın paytaxtı bütün Avropa üçün azadlıq forpostudur! Biz Kiyevdən əl çəkməyəcəyik! Biz təmkinimizi saxlayırıq! Biz birlikdəyik! Ukraynaya eşq olsun!”

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın