Prezident Volodimir Zelenski Avropa Birliyi (AB) üzvləri qarşısında çıxışı zamanı davam edən müharibə və Rusiyaya qarşı müqavimət kontekstində belə bir qərarın gecikməməsi üçün Ukraynanın AB-yə qəbulunu təxirə salmamağa çağırıb.

YALAN.info bildirir ki, bununla bağlı Ukrayna dövlət başçısı Avropa Birliyi Şurasına video-müraciətində deyib.

“Avropa Birliyi, bizim ətrafımızda birləşdiniz üçün sizə təşəkkür etmək istəyirəm. Ancaq mən demək istəyirəm ki, bu və ya başqa şəkildə nələr edilib. Bir daha: əsas odur ki, siz birləşdiniz və biz bunu doğurdan da yüksək dəyərləndiririk.

Siz sanksiyalar tətbiq etdiniz, minnətdarıq – bunlar güclü addımlardır. Ancaq bir az gec idi, çünki qabaqlayıcı tədbir olsaydı, onda Rusiya müharibəyə getməzdi. Ən azından şans var idi”, – Ukrayna lideri vurğulayıb.

“Şimal axını 2”-ni blokladınız. Sizə minnətdarıq və bu da doğru addımdır. Ancaq bu da bir az gec oldu. Axı vaxtında olsaydı, Rusiya qaz böhranı yaratmazdı. Ən azı – belə bir şans var idi.

İndi isə Ukraynanın Avropa Birliyinə qoşulmasına hazırlaşırıq. Nəhayət, burada sizdən xahiş edirəm – gecikməyin, xahiş edirəm. Çünki bu ay siz bu iki dünyanı müqayisə etmisiniz və görürsünüz ki, kim nəyə dəyər. Və Ukrayna yaxın gələcəkdə AB-də olmalıdır. Ən azından bunun üçün hər şeyiniz var. Bizim isə bu şansımız var”, – Zelenski bildirib.

Prezident AB-yə üzv ölkələrin Ukraynanı qəbul etməyə hazır olmasından da danışıb: “Litva bizi (Ukraynanın AB-yə üzvlüyünü – Red.) dəstəkləyir, Latviya bizi dəstəkləyir, Estoniya, Polşa bizi dəstkləyir, Fransa – Emmanuel (Makron – Red.), inanıram ki, siz bizi dsətəkləyəcəksiniz.

Sloveniya bizi dəstəkləyir, Slovakiya, Çexiya bizi dəstkləyir, Rumıniya – bilir ki, belə bir ləyaqət, ona görə də həlledici anda bizi dəstkələyəcək. Bolqarıstan, Yunanıstan inanıram ki, bizi dəstkləyir. Almaniyanın dəstəyini (AB-yə üzvlüklə dəstəyi – Red.) bir az gec bildim”.

Ukrayna lideri həmçinin əlavə edib ki, Portuqaliya, Xorvatiya, İsveç, Finlandiya, Niderland, habelə başqa ölkələr Ukraynanın AB-yə üzvlüyünü dəstəkləyir.

Звернення Президента Володимира Зеленського до Європейської ради та народів Європи.
KİMVolodimir Zelenski
MƏNBƏYouTube
Öncəki xəbərMəşhur rusiyalı jurnalist Aleksey Venediktov təhqir və təhdid edildi
Sonrakı xəbərBoris Conson: Rusiyanın EURO 2028 arzusu satiradan da betərdir
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın