Yeni Zelandiya hökuməti Ukraynadakı hərbi əməliyyatlara görə Rusiya Federasiya Şurasının əksər üzvlərinə və Rusiyanın bir sıra müdafiə müəssisələrinə qarşı yeni sanksiyalar tətbiq edib.

YALAN.info bildirir ki, bununla bağlı Yeni Zelandiyanın xarici işlər naziri Nanaya Mahuta məlumat verib.

O qeyd edib ki, qəbul edilmiş qərara uyğun olraq, sanksiyalar Rusiya Federasiya Şurasının 170 üzvünə və altı müdafiə müəssisəsinə şamil ediləcək.

Yada salaq ki, bundan öncə Yeni Zelandiya Rusiya Federasiyasının 18 maliyyə qurumuna qarşı sanksiyalar tətbiq etmişdi. Siyahıya Rusiya Mərkəzi Bankı, Milli Rifah Fondu, Alfa-Bank, Moskva Kredit Bankı, Qazprombank, Genbank, Rosselxozbank, Sberbank, SMP Bank, Vneşekonombank, VTB və başqaları daxildir. Barəsində sanksiya tətbiq edilən Rusiya vətəndaşlarının toplam sayı 400-ü ötüb.

MƏNBƏTASS
Öncəki xəbərMövlud Çavuşoğlu: Ukraynada müharibənin bitməsini istəməyənlər var
Sonrakı xəbərUkrayna MN: Rusiyada tam səfərbərlik elan oluna bilər
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın