Rusiya qoşunları Ukraynanın şərqində bütün istiqamətlərdə eyni vaxtda hücumun intensivliyini artırır, ən böyük fəallıq Slobojansk və Donetskdə müşahidə olunur.

YALAN.info bildirir ki, bununla bağlı Ukrayna Müdafiə Nazirliyinin sözçüsü Aleksadr Motuzyanik bildirib.

O vurğulayıb ki, Rusiya Ordusunun əsas məqsədi hələlik dəyişməz olaraq qalır – Ukrayna müdafiə qüvvələrinin qruplaşmalarını mühasirəyə almaq, Donetsk, Luqansk və Xerson vilayətləri ərazisinə tam nəzarəti bərqərar etmək.

A.Motuzyanik qeyd edib ki, Rusiya qoşunlarının hərbi əməliyyatları daha da intensivləşdirməyə hazırlığının əlamətləri izlənilir. Bundan başqa, MN rəsmisi Rusiya ərazisində tam səfərbərlik elan edilməsi ehtimalını istisna etməyib.

“Rusiyanın tam səfərbərlik elan edib etməyəcəyi şərq əməliyyat zonasındakı davam edən döyüş fəaliyyətlərindən asılı olacaq”, – deyə A.Motuzyanik vurğulayıb.

“İndi Rusiyada açıq-aşkar “işə qəbul standartları”na uyğun olaraq müqavilə əsasında “könüllülərin” hərbi xidmətə cəlb edilməsi kampaniyası aparılır”, – Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin Telegram kanalında məlumat verilir.

“Güman edilir ki, onlar Ukraynada döyüş əməliyyatlarında iştirak etmiş bölmələr arasındakı şəxsi heyətin itkilərini bərpa etməlidirlər. Həmçinin bir neçə yeni bölmənin formalaşdırılması planlaşdırılır”, – məlumatda deyilir. Müqavilələr bağlanarkən əvvəllər hərbi xidmət keçmiş şəxslərə üstünlük verildiyi vurğulanır.

“Rusiya Federasiyasının hərbi rəhbərliyi işə qəbulun dəqiq standartlarını müəyyənləşdirib”: Uzaq Şərq və Sibir federal bölgələri üçün həftədə 200 “könüllü”dür. Eyni zamanda, Moskvada könüllülərin işə qəbulu ümumiyyətlə həyata keçirilmir”, – kəşfiyyat xidməti qeyd edib.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın