Yeni Zelandiya Əfqanıstan İslam Respublikasının keçmiş vitse-prezidenti Sərvar Daniş (Sarwar Danish) və onun 13 qohumuna sığınacaq verib.

Hökumətin qərarı narazılıq dalğasına səbəb olub. Belə ki, Yeni Zelandiya silahlı qüvvələrinə kömək edən yüzlərlə əfqan sərhəddən kənarda qalıb və həyatları təhlükədədir.

Yeni Zelandiyanın immiqrasiya məsəslələri üzrə nazir müavini Fil Tayford, Danişin əfqan həzara azlığından olduğunu deyərək, onun həm də insan haqlarını qorumaq səbəbiylə qəbul edildiyinə diqqət çəkib. Eyni zamanda, o da vurğulanıb ki, vitse-prezident Əfqanıstanda Yeni Zelandiyaya heç bir şəkildə kömək etməyib.

Əfqanıstanda Yeni Zelandiya qüvvələri üçün işləyən tərcüməçilərdən biri qeyd edib ki, Yeni Zelandiya hökumətini birbaşa dəstəkləyən əfqanlar sığınacaq almayıblar.

MƏNBƏThe Guardian
Öncəki xəbərQarabağda tapılan Ermənistan hərbçisinin cəsədi ölkəsinə təhvil verildi
Sonrakı xəbərAvstraliyada koronavirusa ən yüksək yoluxma qeydə alınıb
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın