“İsrail Silahlı Qüvvələri İranın ölkəmizə bir raket hücumuna minlərlə raketlə cavab verəcək”.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bunu İsrail Daxili Cəbhə Komandanlığının rəisi general-mayor Ori Qordin deyib.

General İsrail ordusunun İranın istənilən hücumuna hazır olduğunu açıqlayıb:

“İranla açıq qarşıdurma ssenariləri hazırdır, bu hazırlıq bu gün də davam edir. Ordumuzun müdafiə bacarığını artırırıq. İranın istənilən raket hücumunun qarşısını almağa hazırıq. Hesab edirəm ki, hər bir ssenariyə həmişə hazır olmalı, ölkənin daxili cəbhəsini gücləndirməliyik”.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın