Bütün ana-atalar uşaqlarının xoşbəxt olmasını istəyir və bunun üçün yorulmadan çalışırlar.

Lakin çox zaman uşaqlarını xoşbəxt etmək üsulunu düzgün tətbiq edə bilmirlər. Türkiyəli pxisoloq-uzman Qamze Eser uşaqları xoşbəxt böyütməyin qaydaları haqqında maraqlı araşdırma aparıb.

Türkiyəli mütəxəssisin 10 qızıl qaydasını sizə təqdim edirik:

Qayda1: Hər Zaman Tutarlı Olun

Tutarlılıq hər kəsin özü üçün istədiyi, amma çox vaxt qarşısındakına tətbiq etmədiyi bir anlayışdır. Uşaqların böyüdülməsi və tərbiyə edilməsində önəmli davranış formalarından biri də budur. Düzgün rol modeli ola bilmək üçün sözlərimizlə davranışlarımız bir-biri ilə üst-üstə düşməlidir. Hər zaman paylaşmanın vacib olduğu haqqında danışan bir atanın, təcili olaraq ehtiyacı olan yoldaşına avtomobilini verməməsi tutarsızlığın ən sadə nümunəsidir.

Qayda 2: Sevginizi Düzgün Nümayiş Etdirin

Şübhəsiz bütün ana-atalar öz uşağını çox sevir. Əhəmiyyətli olan bunu doğru şəkildə göstərmək və sevginin şərtsiz olduğunu öyrətməkdir. Şərtlər və istəklər üzərində qurulmuş sevgi əlaqələri, həm qarşılıqlı güvəni şübhə altına alır, həm də dəyərsizlik duyğuları yaşadır. Hər bir insan şərtsiz sevildiyi zaman xoşbəxtdir və şərtsiz sevməyi öyrəndiyi zaman hüzurludur.

Qayda 3: Rəqabəti Deyil, Əməkdaşlıq Etməyi Öyrədin

Hər kəs rəqabət mühitində yaşaya bilmək gücündə deyil. Sözsüz ki, bu hər kəsə eyni təsir göstərmir. Lakin bu, əməkdaşlıq duyğusu, inteqrasiya, təlimçi və içində hörmət saxlayan bir duyğudur. Komanda idman növləri, qrup işləri, birlikdə oyun oynamaq, məktəb layihələri kimi fəaliyyətlərdə birləşdirici və tamamlayıcı yanaşmada olmağa üstünlük verin.

Qayda 4: Uşaqların Edə Biləcəyi İşləri Onların Əlindən Almayın

Uşaqlar hansı yaşda olursa-olsun işə yaradığını hiss etmək istəyir və bu duyğu onların var olma motivlərini gücləndirir. Nərdivanla çıxmaq, masa hazırlamaq, qapını açmaq və bunlar kimi hər yaşa uyğun bəzi fiziki hərəkətləri reallaşdırmasına icazə vermək uşağınızın özünə inamını möhkəmləndirir və bacara bilmək duyğusunu yaşamağını təmin edər. Bu duyğunu uşağınızın əlindən almayın.

Qayda 5: Başqalarına Qarşı Sayğılı Olmağı Öyrədin

İnsanın sahib olması lazım olan əsas duyğulardan biri də özünə və başqalarına sayğı göstərməsidir. Uşaqlarımıza bunu yalnız öz davranışlarımızla göstərə bilərik. Çünki onlar bizim aynamızdır. Uşaqlar nə danışdığımıza deyil, necə davrandığımıza baxar və özlərini bu formada istiqamətləndirərlər. Dostlarımıza, həyat yoldaşlarımıza göstərdiyimiz hörmət onlar üçün bir göstəricidir.

Qayda 6: Dünyada Mükəmməl Heç Nə Yoxdur

Hər şeyin əla olmasını istəmək uşağa zərər verir. Dünyada heç kim və heç nə mükəmməl deyil. Heç siz də deyilsiniz. Özünüzdə çatışmayanları, özünüzün etmədiklərinizi uşaqların etməsini istəmək və onları buna məcbur etmək onları xoşbəxt böyütməyə imkan verməyəcək.

Qayda 7: Keçmişlə Yaşamaq və Yaşatmaq Olmaz

Davamlı olaraq keçmişdən danışmaq, yaşanan mənfi halları durmadan xatırlamaq, etdiyi yanlışlıqları bağışlamamaq uşaqlarınızın sizdən uzaqlaşmasına və onları anlayacaq başqa birilərini axtarmağa vadar edə bilər. Bunun yerinə bağışlayın, dinləyin və keçmişdə yaşamamağa çalışın.

Qayda 8: Uşağa Önəmli Olduğunu Hiss Etdirin

Hamımız sevdiyimiz insanlar tərəfindən dəyərli olduğumuzu hiss etmək və bilmək istəyərik. Uşaqlara qiymətli olduqlarını maddi formada göstərməyə çalışmayın. Bu halda onlar dəyərli olduqlarını səhv formada anlayacaqlar. Eyni zamanda siz onlara xoşbəxtliyin təməlinin pula bağlı olduğunu göstərmiş olacaqsınız. Uşaqların özlərini önəmli hiss etmələri üçün sizin gözəl sözləriniz və davranışlarınıza ehtiyacı var.

Qayda 9: Başqa Uşaqlarla Müqayisə Etməyin

Başqaları ilə müqayisə edilməyi sevən insan yoxdur. Xoşunuza gəlməyən, təhqiredici və özünə inam hissini aşılayan bu davranışı uşaqlarınıza tətbiq etməyin. Hər kəs dünyaya fərqli barmaq iziylə gəlib. Demək, heç kimin məktəbdə aldığı təhsili, ictimai və fiziki bacarıqlarını bir başqası və ya başqaları ilə müqayisə etmək olmaz. Hər kəs xüsusidir. Hamımızın bacarıqları fərqlidir. Daim yaşıdları ilə müqayisə edilmək uşaqları bədbəxt edir.

Qayda 10: Uşaqlara Sual Vermək Bacarığını Öyrədin

Uşaqlarınızın istəkləri, davranışları və düşüncələri ilə maraqlanın. Bunun üçün suallar verin və uşaqların verəcəyi cavabları gözləyin, onları sonuna qədər sözlərini yarıda kəsmədən dinləyin.

Əsla mühakimə etməyin, “mən elə istəyirəm, elə olacaq!” deməyin. Uşağınıza “bəli” və ya “xeyr” cavabını verərkən mütləq səbəbini də izah edin. Bu halda o da sual verməyi və hər deyilənin doğru olmadığını öyrənəcək.

 

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın