Azərbaycanın Xalq artisti Şamil Süleymanov Şuşa şəhərinə səfəri, Cıdırdüzündə olması ilə bağlı duyğularından danışıb.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bununla bağlı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi məlumat yayıb.

Komitə işğaldan azad edilən ərazilərdə ata-baba yurdlarına baş çəkən və həmin yerlərə getmək arzusunda olan keçmiş məcburi köçkünlərin xatirələri və təəssüratları ilə bağıə videoçarxlar hazırlayır. Sıradakı videoçarxda Xalq artisti Şamil Süleymanov fikir və düşüncələrini bölüşüb:

“Atamın yeddi yaşı olanda ailəsi ilə Cıdırdüzündə bir qayanın yanında şəkil çəkdirmişdi. Biz də ailəmizlə mənim yeddi yaşım olanda o qayanın yanında şəkil çəkdirdik. Cıdırdüzünə gedəndə, inanın ki, o qaya məni çağırdı. O qayanın yanında padşahlar kimi oturdum. Çünki mənim müzəffər Ali Baş Komandanım var, mən də onun əsgəriyəm. Elə də oturmalı idim: Qalib kimi”.

Xalq artisti ən böyük arzusunun Gövhər Ağa məscidində qələbə namazı qılmaq olduğunu və may ayında bu arzusunun reallaşdırdığını və Şuşada yerləşən evlərinə getdiyini də qeyd edib:

“Evimizi tapdım. Evimizin başına fırlandım, divarlarını öpdüm”.

Xalq artisti Şamil Süleymanov Şuşaya səfərlər bağlı təəssüratlarından danışıb

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın