Ukrayna bütün ərazilərini qaytarmağa hazırlaşır.

YALAN.info bildirir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski “Financial Times”a müsahibəsində deyib.

“Biz texnologiya baxımından geridəyik, ona görə də hücum edə bilmirik. Daha çox itki verəcəyik və insanlar mənim prioritetimdir”, – Zelenski bildirib: “Ukrayna rəsmiləri dəfələrlə qərb tərəfdaşlarından Rusiya güclərini geri çəkmək üçün daha uzun mənzilli ağır silahların sürətlə tədarükü üçün müraciət ediblər, ancaq çatdırılmaların yavaş tempi və bəzi paytaxtlarda Rusiyanın eskalasiyasını təhrik etmək qorxusundan vahimələniblər”.

O əlavə edib ki, Qərb sanksiyaları Moskvanın mövqeyinə əslində təsir göstərməyib və qələbə döyüş meydanında əldə edilməlidir: “Müharibə döyüşlərin mərkəzi olan şərq Donbas bölgəsində qırılma mərhələsinə qədəm qoyub. Rusiya öz üstün artilleriya qüvvələrini Ukrayna qoşunlarını darmadağın etmək və artan ərazi qazancları əldə etmək üçün istifadə edir. Zelenski deyib ki, Ukrayna gündə 100-ə qədər əsgər itirə bilər”.

Ancaq o, Rusiya qoşunlarının 100 günlük hücumu zamanı törətdikləri vəhşiliklərə baxmayaraq, sülh danışıqlarına açıq olduğunu da israrla bildirib. O bildirib ki, istənilən müharibə danışıqlar masası arxasında dayandırılmalıdır. Ukrayna lideri, eyni zamanda sülh danışıqları üçün Putinlə görüşməyə hazır olduğunu vurğulayıb. Onun sözlərinə görə, sülh danışıqları əvvəlcədən yalnız prezident Vladimir Putinlə üz-üzə aparılmalı idi, çünki Rusiya liderindən başqa “danışacaq heç kim” yox idi.

Zelenski deyir ki, danışıqlar heç vaxt Ukraynanın arxasından aparıla bilməz: “Siz bu ölkənin mövqeyini dinləmədən Ukrayna ərazisində atəşkəsə necə nail ola bilərsiniz? Bu çox təəccüblüdür”. Ukrayna liderinin fikrincə, müttəfiqləri sadəcə vasitəçi olmamalı, Moskvanın hərbi əməliyyatlara son qoymasını və istənilən atəşkəsə əməl edəcəyini təmin etməlidir. Onun sözlərinə görə, bunlar sülh üçün “ilkin şərtlər” olmalıdır.

O, həmçinin qeyd edib ki, Rusiya ilə danışıqlar yalnız fevralın 24-dək olan sərhədlərə qayıdış olarsa, mümkündür: “Mən doğurdan da başa düşmürəm.. Rusiyanı alçaltmaq nə deməkdir?! Səkkiz ildir ki, bizi öldürürlər. Burada nədən danışırıq”? Zelenski deyib ki, Böyük Britaniyanın baş naziri Boris Consonun bazar ertəsi gecə Mühafizəkar deputatlar tərəfindən keçirilən etimadsızlıq səsverməsindən qalib çıxması “böyük xəbərdir”: “Çox önəmli müttəfiqimizi itirmədiyimiz üçün şadam”.

Zelenski Rusiyanın hücumu ilə Ukraynada alovlanan “milli birlik ruhunun” müharibə bitdikdən sonra da davam edəcəyinə ümid etdiyini bildirib, çünki bu, Ukraynaya ölkəni bərpa etmək şansı verəcək və bu, böyük millət olmaq şansı verəcək.

Volodymyr Zelenskyy: ‘No one is humiliating Ukraine. They are killing us’ | FT

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın