Ermənistanın İstintaq Komitəsi Baş nazir Nikol Paşinyanın iqamətgahı qarşısında baş verən iğtişaşlarla bağlı həbs edilənlərin olduğunu bildirib.

YALAN.info Ermənistan mətbuatına istinadən xəbər verir ki, bununla bağlı idarənin mətbuat xidməti məlumat verib.

“İğtişaşların təşkilatçılarının və iştirak edən başqa şəxslərin müəyyən edilməsi istiqamətində zəruri tədbirlər görülür. Cinayət işi üzrə ibtidai istintaq zamanı 15 nəfər təqsirləndirilən şəxsin qismində cəlb edilib. 10 nəfər barəsində həbs qətimkan tədbiri seçilib”, – məlumatda deyilir.

İyunun 3-də etirazçılar Ermənistan hökumətinin binasını bağlayıblar. Daha sonra nümayişçilər baş nazirin iqamətgahından çıxışları bağlamağa çalışıblar. Nəticədə polislə qarşıdurma yaranıb.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın