Ukrayna Ordusu müharibə başlayandan bu yana Rusiya Silahlı Qüvvələrinin 60 110 hərbçisini məhv edib.

YALAN.info bildirir ki, bununla bağlı Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, ötən sutkada işğalçıların 500 hərbçisi zərərsizləşdirilib. Eyni zamanda Rusiya Ordusunun 23 tank, 26 zirehli maşın, 8 artilleriya sistemi, 1 reaktiv yaylım atəşi sistemi, 1 helikopter, 6 operativ-taktiki PUA və 10 müxtəlif avtomobil vasitəsi dağıdılıb.

Məlumata görə, müharibə başlayandan Rusiyanın digər döyüş itkiləri 2 377 tank, 4 975 zirehli maşın, 1 405 artilleriya sistemi, 337 reaktiv yaylım atəşi sistemi, 176 hava hücumundan müdafiə sistemi, 264 təyyarə, 227 helikopter, 1 015 operativ-taktiki PUA, 246 qanadlı raket, 15 gəmi/qayıq, 3 796 avtomobil və avtoçən, 131 xüsusi texnikadan ibarətdir.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın