Ukrayna prezidenti Vladimir Zelenski fevralın 22-də yenidən ukraynalılara müraciət edib.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, dövlət başçısı Donbasda durumun gərginləşməsi fonunda bir daha xalqa üz tutub.

O, bəyan edib ki, Rusiyanın qondarma respublikaları tanıması o deməkdir ki, “biz orada deyilik” sözləri “biz buradayıq” sözlərinə dəyişdirilib və bu qərarla Rusiya faktiki olaraq Minsk razılaşmalarından çıxıb.

Zelenski qeyd edib ki, Ukrayna Rusiya ilə həm ikitərəfli formatda, həm də başqa dövlətlərin iştirakı ilə danışıqlara hazırdır.

Ukrayna prezidenti Rusiyaya qarşı sanksiyaları alqışlayıb. O, həmçinin ümumi səfərbərliyin hələ planlaşdırılmadığını deyərək xüsusi müddət ərzində ehtiyatda olan hərbçilər üçün çağırış elan edib.

Dövət başçısı Ukraynada iqtisadi vətənpərvərlik proqramına başlanıldığını, bununla da özəlliklə biznesin vergi yükünün azaldılacağını və yoxlamaların məhdudlaşdırılacağını nəzərə çatdırıb.

Prezident vurğulayıb ki, Ukrayna “Normand dördlüyü”nün Fövqəladə Zirvə Toplantısı təşəbbüsü ilə çıxış edib. Rəsmi Kiyev ATƏT-in Xüsusi Monitorinq Missiyasının tam formatda fəaliyyətində təkid edir.

Onun sözlərinə görə, Kiyev siyasi-diplomatik nizamlanmaya sadiqdir və təxribatlara tabe olmayacaq. “Ukrayna heç kimə heç nə verməyəcək”, – dövlət başçısı əlavə edib.

Xəbər verdiyimiz kimi, Zelenski keçən həftə vətəndaşlara müraciət etmişdi. Son videomüraciətində prezident yuxusuz gecə üçün heç bir səbəb olmadığını, Ukrayna sərhədlərinin güvənli şəkildə qorunduğunu bildirmişdi.

Zelenskinin müraciəti Rusiyanın qondarma respublikaları tanıması fonunda çağırılan Milli Təhlükəsizlik və Müdafiə Şurasının toplantısından sonra baş tutub. Dövlət başçısı bildirib ki, Ukrayna Rusiya Federasiyasının hərəkətlərini suverenliyin pozulması kimi dəyərləndirir və bu, Rusiya Federasiyasının Minsk razılaşmalarından çıxması anlamına gəlir.

Yada salaq ki, bu gün Estoniya prezidenti ilə mətbuat konfransı zamanı Zelenskiyə Ukraynada hərbi vəziyyətin tətbiq edilib-edilməyəcəyi ilə bağlı sual verilib. Dövlət başçısı bildirib ki, o, tammiqyaslı hərbi eskalasiyanın olacağına inanmır. Ancaq bu baş verərsə, Ukraynada hərbi vəziyyət tətbiq olunacaq.

Призов резервістів і збори сил тероборони – звернення президента України Володимира Зеленського

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın