Ukrayna Ali Radasının “Həyat naminə – müxalif platforma” Partiyasının deputatı Vadim Rabinoviç Qərbin Ukraynaya qarşı “müharibə”yə başladığını açıqlayıb.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bununla bağlı Ukraynalı deputat öz Facebook sosial şəbəkəsindəki hesabında yazıb.

“Müharibə başlayıb! Ancaq Ukraynaya qarşı müharibəni məhz Qərb aparır! İndi Qərb tərəfdaşlarımızın etdiyi hər şey – vətəndaşlarına Ukraynanı tərk etməyi tövsiyə etmək, diplomatlarını çıxartmaq, investorların getməsi, hava əlaqəsinin dayandırılması – bütün bunlar ən güclü sanksiyalara bərabərdir”, – deyə o bildirib.

KİMVadim Rabinovich
MƏNBƏFacebook
Öncəki xəbərYuri Kamelçuk: Xocalı Soyqırımı Qarabağ müharibəsinin ən amansız qırğını olub
Sonrakı xəbərQərb mətbuatı Rusiyanın Ukraynaya 16 fevralda hücum edəcəyini yazır
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın