Ölkələrin hərbi gücü üzrə reytinqini tərtib edən “Global Firepower” 2024-cü il üzrə hesabatını açıqlayıb.

YALAN.info bildirir ki, siyahıda Azərbaycan 145 ölkə arasında 59-cu yerdə göstərilib.

Reytinqin ilk üçlüyündə ABŞ, Rusiya və Çin yer alıblar. İlk onluqda ardıcıllıq sıralaması ilə Hindistan, Cənubi Koreya, Böyük Britaniya, Yaponiya, Türkiyə, Pakistan və İtaliya qərarlaşıb.

Qonşu dövlətlərdən İran 14-cü, Gürcüstan 84-cü, Ermənistan 102-ci yerdədir. Bundan başqa, Ukrayna 18-ci, Qazaxıstan 58-ci, Özbəkistan 65-ci, Türkmənistan 83-cü, Qırğızısatan 100-cüdür. Hesabata görə, dünyanın ən zəif orduları isə Benin, Somali, Surinam, Moldova və Butandadır.

Onu da bildirək ki, siyahı 60 individual faktor, eyni zamanda ölkələrin ordularının hərbi bölmələrinin sayı, maliyyə, logistika imkanları və başqa göstəricilər nəzərə alınmaqla hazırlanıb.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın