Rusiya Federasiyasının prezidenti Vladimir Putin Ukrayna dövlət başçısı Vladimir Zelenskinin onunla Donbasda görüşməklə bağlı təklifini cavablandırıb.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, Putin Zelenskinin ikitərəfli münasibətləri bərpa etmək cəhdlərini alqışlayıb.

“Əgər o, münasibətləri bərpa etmək istəyirsə, biz bunu yalnız alqışlayacağıq”, – deyə Rusiya prezidenti bəyan edib.

Putin bildirib ki, əgər Ukrayna prezidenti ikitərəfli münasibətləri müzakirə etməyi düşünürsə, onu istənilən vaxt Moskvada qəbul etməyə hazırdır.

Yox, əgər Donbasla bağlı danışmaq istəyirsə, ilk öncə Donetsk və Luqansk Xalq Respublikaları, yalnız bundan sonra Rusiya rəhbərliyi ilə görüşməlidir.   

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın