Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus ehtiyacı olan sakinlərə yardım göstərilməsi üçün Kiyevdə humanitar dəhlizin təcili açılması ilə bağlı çağırış edib.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, Tedros Qebreyesus bunu Cenevrədə keçirilən brifinqdə bəyan edib. O bildirib ki, indiki münaqişəyə qədər ÜST Ukraynanın 23 xəstəxanasına tibb materialları göndərib. Ancaq Kiyevdə yerləşdirilmiş ehtiyatlar indi əlçatan deyil.

Tedros Qebreyesusun sözlərinə görə, ÜST cümə axşamı günündə Polşaya 36 ton müxtəlif materiallar göndərəcək. Bu, 1000 pasiyentin yaralarını sağaltmağa və cərrahi əməliyyat aparmağa kömək edər. Çatdırılan yük 150 min insanın ehtiyacını təmin etmək imkanı yaradacaq.

ÜST-nin baş direktoru bildirib ki, təşkilat Fövqəladə Fonddan 5,2 milyon dollar ayırıb. Onun sözlərinə görə, növbəti üç ayda ÜST-yə Ukrayna üçün 45 milyon dollar və qonşu ölkələrdə qaçqınlarım müalicəsinə 12,5 milyon dollar lazım olacaq.

“Bizə humanitar yardıma, uyğunlaşma dövrlərinə ehtiyacımız var ki, xəstələri daşıya bilək və tibbi ləvazimatları daşıya bilək”, – ÜST-nin fövqəladə hallar proqramının direktoru Maykl Rayan deyir. Onun fikrincə, yaxın günlərdə bu tapşırığı yerinə yetirmək çətin olacaq.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın