Ukrayna Prezidenti Volodimir Zelenski martın 3-nə keçən gecə xalqa növbəti dəfə müraciət edib və Rusiya ordusunun itkilərini açıqlayıb.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, müraciətin video-görüntüsü Ukrayna dövlət başçısının Telegram kanalında yayımlanıb.

“Bir həftə ərzində təxminən 9 min rusiyalı öldürüldü. Nikolayev istiqamətində onlar helikopterlərlə 19, 20 yaşlı, 200-300 nəfər hərbçinin meyitlərini aparmalı oldular”, – Zelenski bildirib.

Zelenski deyib ki, Ukrayna xalqı bir həftə ərzində düşmənin planlarını pozub: “Biz onları dayandırdıq və əzdik. Biz düşmənin planlarını bir həftədə pozan xalqıq. İllərlə qurulan planlar. Yəni ölkəmizə, xalqımıza, ürəyində azadlıq olan hər bir insana nifrətlə hesablanmış… (planları – Red). Ancaq biz onları saxladıq və əzdik”, – Prezident vurğulayıb.

O əlavə edib ki, hərbçilərdən və hüquq-mühafizə orqanlarının əməkdaşlarından başqa, hətta sadə ukraynalılar da hər gün rus əsgərlərini əsir götürür: “Və onlar (Rusiya ordusunun əsirləri – Red.) yalnız bir şey deyirlər: Nə üçün burada olduqlarını bilmirlər”.

Zelenski: Bu Ukraynalılar üçün Vətən Müharibəsidir

Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, ölkəsindəki Rusiya hərbçiləri heç nə qazanmayacaq, heç kimi tabe etməyəcək, ancaq ukraynalılardan əks cavab alacaqlar: “Ukraynalılar, hər bir işğalçı bilməlidir: onlar burada heç nə əldə etməyəcəklər, heç kimi fəth etməyəcəklər. Daha çox texnika və daha çox insan gətirə bilsələr belə, bu, onlar üçün heç nəyi dəyişməyəcək”.

O deyib ki, işğalçılar hara getələr, hər yerdə məhv olunacaqlar: “Onların burada dincliyi olmayacaq, burada yeməkləri olmayacaq, burada bircə an da olsa rahatlıq tapmayacaqlar. İşğalçılar ukraynalılardan yalnız bir şey alacaqlar – cavab, şiddətli cavab, elə bir cavab ki, onlar əbədi yadda saxlayacaqlar ki, biz özümüzkindən əl çəkmirik”, – deyə Zelenski bildirib.

Onun sözlərinə görə, Rusiya hərbçiləri Vətən Müharibəsinin nə olduğunu xatırlayacaqlar. “Beləliklə, bizim, ukraynalılar üçün, bu, Vətən Müharibəsidir. Biz vətənpərvərlik müharibələrinin necə başladığını xatırlayırıq və işğalçılar üçün necə bitdiyini bilirik”, – o əlavə edib.

“İşğalçıların sayı onlarla çox olmasına baxmayaraq, onların əhval-ruhiyyəsi durmadan pisləşir. Getdikcə daha çox işğalçı bizdən, sizdən, düşməni qovan hər kəsdən… güllə atan hər şeydən Rusiyaya geri qaçır. Ancaq ukraynalılar düşməni silahsız da əzir”, – Prezident vurğulayıb.

O, Ukraynanın Konotop, Baştanka, Enerqodar, Melitopol və başqa şəhər və kəndlərinin işğalçıları irəli buraxmayan, onların yolunu kəsən qəhrəman dinc sakinlərinə səmimiyyətlə heyran olduğunu vurğulayıb.

“Onlar (Rusiya hərbçiləri – Red.) harasa giriblərsə, bu müvəqqətidir. Rusiya hərbçiləri özlərinə yemək tapmağa çalışanda ərzaq dükanlarından biabırçı şəkildə qovaq. Bunlar fövqəldövlətin döyüşçüləri deyil, istifadə edilən çaşqın uşaqlardır. Onları evlərinə aparın”, – deyə Zelenski bildirib.

Нічне звернення Зеленського за 3 березня

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın