Ukraynalı mütəxəssislər Rusiya Ordusunun müharibədə əsir düşmüş hərbi qulluqçuları haqqında məlumatların əldə edilməsi üçün yeni sayt yaratdılar.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bununla bağlı Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası (MTMŞ) məlumat yayıb.

“Invaders-RF.com” saytı 2022-ci il fevralın 24-dən başlayaraq Ukrayna ərazisində hərbi əməliyyatlarda iştirak etmiş Rusiya Federasiyası silahlı qüvvələrinin hərbi əsirləri haqqında məlumat verən Ukrayna MTMŞ qurumunun informasiya resursudur”, – məlumatda deyilir.

Rusiyalılar saytdan istifadə etməklə hərbi əsirlərin arasından öz yaxınlarını axtara və Ukrayna Müdafiə Nazirliyinin nümayəndələri ilə əlaqə saxlaya bilərlər.

“Biz vurğulayırıq ki, Rusiya hərbçilərinə Əsirlərlə rəftar haqqında Konvensiyaya (Cenevrə Konvensiyası) uyğun rəftar edilir, özəlliklə də onlar yeməklə, geyimlə, müalicə ilə təmin olunurlar, normal şəraitdə saxlanılırlar”, – deyə departament əlavə edib.

Onu da bildirək ki, Ukrayna Prezident Aparatının rəhbərinin müşaviri Aleksey Aretoviç bildirib ki, Ukrayna rus hərbi əsirləri üçün tam hüquqlu düşərgələr yaradacaq, “çünki onların sayı yüzlərlədir”.

MƏNBƏUkrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası
Öncəki xəbərQanunsuz erməni silahlı dəstəsi Ağdamı atəşə tutub
Sonrakı xəbərUkrayna MN: Rusiya Ordusunun 11 mindən çox hərbçisi ölüb
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın