Dünya ölkələri Ukraynada müharibə başlayandan indiyədək artıq 443 rusiyalı diplomatı ölkədən çıxarıb.

YALAN.info bildirir ki, bununla bağlı Ukrayna Xarici İşlər Nazirliyinin mətbuat xidməti Facebook-da məlumat yayıb.

Bu siyahıda ilk yerdə Polşa gəlir. Bu ölkə Rusiya Federasiyasının 45 diplomatını persona non-qrata elan edib. Almaniyda 40, Slovakiya 38, Fransa 35, Sloveniya 33, İtaliya 30, İspaniya 25 diplomatı uzaqlaşdırıb.

Bundan başqa, ABŞ, Böyük Britaniya və Çexiya hətta Ukraynaya qarşı tammiqyaslı müharibə başlamazdan əvvəl Rusiyanın diplomatik mövcudluğunu önəmli dərəcədə azaldıb.

“Bu addım Ukrayna ilə həmrəylik aktıdır, Rusiya Federasiyasının qlobal təcridini gücləndirmək səylərinin davamıdır”, – məlumatda deyilir.

Xarici İşlər Nazirliyi yada salıb ki, dövlətlər casusluqda şübhələndiyi üçün Rusiya diplomatlarını ölkədən çıxarırlar.

“Ukrayna Xarici İşlər Nazirliyi tərəfdaşları Ukraynaya qarşı vəhşi müharibəni dayandırmaq üçün Rusiya Federasiyasına maksimum təzyiq göstərməyə çağırır”, – bəyanatda deyilir.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın