“Ukraynaya sovet silahları əvəzinə NATO ölkələrinin istifadə etdiyi müasir silahlar lazımdır”.

YALAN.info bildirir ki, bununla bağlı Ukraynanın müdafiə naziri Aleksey Reznikov danışıb.

Nazir qeyd edib ki, Ukrayna daha əvvəl sovet silahlarını istəyib, çünki həmin silahları dərhal döyüşlərdə tətbiq etmək mümkün olub, həmçinin hərbçilər onlardan istifadə qaydalarına bələd olublar. Kritik dövrdə həmin silahlar Ukraynanın müdafiəsini gücləndirməyə imkan verib.

Ancaq sovet istehsalı olan lazımlı silahlar çox azdır, onlar çox zaman tam yararlı vəziyyətdə olmur və istifadə olunacaq döyüş sursatları çatışmır. A.Reznikovun sözlərinə görə, NATO silahları üçün sovet silahları ilə olduğu kimi sursat çatışmazlığı yaranmayacaq. Ukraynaya NATO silahlarının verilməsi Rusiya üçün önəmli siqnal olacaq.

Müdafiə naziri həmçinin Ukraynanın ehtiyac duyduğu silahları da açıqlayıb: HHM sistemləri, döyüş təyyarələri, Qara dənizdə düşmən donanmasını məhv etmək və limanları açmaq üçün gəmi əleyhinə raketlər, kəşfiyyat və zərbə PUA-ları.

Öncəki xəbərAzərbaycan Ordusunda “Ən yaxşı tank heyəti” adı uğrunda yarışlar keçirilir
Sonrakı xəbərUkrayna XİN: Dünya ölkələri artıq 443 rusiyalı diplomatı persona non-qrata elan edib
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın