Ukrayna Müdafiə Nazirliyi davam edən müharibədə Rusiya tərəfinin itkilərinin yenilənmiş siyahısını yayımlayıb.

YALAN.info bildirir ki, bununla bağlı Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının Facebook sosial şəbəkə hesabında paylaşım edilib.

Məlumata görə, döyüşlərin başladığı gündən bu yana Rusiya tərəfinin şəxsi heyəti arasında itkilər 31 900 nəfərə çatıb.

Gedən döyüşlərdə Rusiya Ordusunun 1409 tankı, 3450 zirehli döyüş maşını, 712  artilleriya sistemi, 222 reaktiv yaylım atəşi sistemi, 97 HHM sistemi, 212 təyyarəsi, 178 helikopteri, 2438 avtomobil texnikası, 13 gəmisi, 572 kəşfiyyat PUA-sı, 54 xüsusi texnikası, 125 qanadlı raketi məhv edilib.

Ukrayna Müdafiə Nazirliyinin məlumatına görə, Xarkov və Bəhmut istiqamətlərində ağır döyüşlər davam edir. Ötən gündə düşmən ən böyük itkiləri Xarkov və Baxmut istiqamətlərində verib.

Yada salaq ki, ötən gün Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixaylo Podolyak Ukrayna tərəfindən gündəlik itkilərin 100-200 nəfər arasında dəyişdiyini bildirib. İyunun 1-də isə Ukrayna Prezidenti Volodimir Zelenski hər gün cəbhədə Ukraynanın 60-100 əsgərinin həlak olduğunu bildirib. Dövlət başçısı hər gün daha 500 nəfərin yaralandığını vurğulayıb.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın