Ukrayna rəhbərliyi Rusiya Prezidenti Vladimir Putinin danışıqlar aparmaq təklifi ilə razılaşıb.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bununla bağlı Ukrayna Prezidentinin mətbuat katibi Sergey Nikiforov Facebook hesabında məlumat verib.

O, Ukrayna tərəfinin Rusiya ilə danışıqlardan imtina etməsi ilə bağlı qarşı tərəfin iddialarını təkzib edib.

“Ukrayna atəşkəs və sülh haqqında danışmağa hazır idi və hazırdır. Bu, bizim dəyişməz mövqeyimizdir. Biz Rusiya Federasiyası Prezidentinin təklifi ilə razılaşdıq. Bu saatlarda tərəflər birbaşa danışıqların yeri və vaxtı ilə bağlı məsləhətləşmələr aparırlar. Danışıqlar nə qədər tez başlasa, normal həyatı bərpa etmək şansları bir o qədər çox olacaq”, – Nikiforov yazıb.

Ukrayna Prezidenti Ofisi rəhbərinin müşaviri Mixail Podolyak UNIAN-a açıqlama verib: “Ukrayna Prezidenti Volodimir Zelenski ilə Rusiya Prezidenti Vladimir Putinin dialoqu zamanı Ukraynanın neytral statusu müzakirə oluna bilər”.

“Bu, ilk növbədə, sülh və atəşkəs haqqında ətraflı söhbət olacaq. Aydın təhlükəsizlik zəmanətləri paketi ilə neytral status da müzakirə oluna biləcək variantdır”, – Podolyak deyib.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın