“Ötən sutka ərzində Ukrayna ordusu düşmən qüvvələrini Kiyevdən uzaqlaşdırmağa nail olub”.

YALAN.info bildirir ki, bununla bağlı jurnalistlərə ABŞ Müdafiə Nazirliyinin yüksək rütbəli rəsmisi məlumat verib.

Onun sözlərinə görə, Rusiya hərbçiləri Kiyevdən 25-35 km şərqdə geri çəkilib. “Rusiya qüvvələri Kiyevin mərkəzindən şərqdə təqribən 55 km məsafədədir ki, bu da dünənki məsafə ilə müqayisədə 25-35 km çoxdur”, – deyə rəsmi bildirib.

Onun sözlərinə görə, Kiyevin mərkəzinin şimal-qərbində Rusiya qüvvələri səngər qazaraq müdafiə mövqeləri qurur. İndi Rusiya hərbçiləri Kiyevin mərkəzindən 15-20 kilometrdədir.

“Biz onların Kiyev ətrafında qazıntılar apardıqlarını və (Ukraynanın – Red.) şərq hissəsində daha çox hücum etməyə çalışdıqlarını görürük”, – o deyib.

MƏNBƏCNN
Öncəki xəbərBlinken: Rusiya Ukraynada hərbi cinayətlər törədir
Sonrakı xəbərBöyük Britaniya Rusiyaya qarşı sanksiyaları genişləndirir
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın