Ukrayna Ordusu ölkənin müxtəlif bölgələrində yaşayış mıntəqələrinin Rusiya hərbçilərindən azad edildiyini bildirib.

YALAN.info bildirir ki, bununla bağlı Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Facebook səhifəsində məlumat yayıb.

Məlumata görə, Ukrayna müdafiə qüvvələrinin bölmələri Orlovo (Zaporojye vilayəti), Zaqradovka, Koçubeyev (hər ikisi Xerson vilayəti) yaşayış məntəqələrinə nəzarəti bərpa edib. “Düşmən əvvəllər itirdiyi mövqeni bərpa etmək üçün Aleksandrovka istiqamətində hücum əməliyyatları keçirməyə çalışır”, – məlumatda deyilir.

Həmçinin qeyd olunur ki, Ukrayna hərbçiləri Xarkov vilayətinin Malaya Roqan kəndini də işğalçılardan azad edib. Bundan başqa Zaporejye vilayətində daha 5 yaşayış məntəqəsini işğaldan azad edib.

Bildirilib ki, Zaporejyedəki Zatışye, Malinovka, Zeleni Qay, Çervonoe və Vesele kəndləri geri alınıb: “Ukraynalı hərbçilər torpaqlarımızın hər qarışı uğrunda vuruşurlar. Bu bizim üçün önəmlidir”.

KİMUkrayna Müdafiə Nazirliyi
MƏNBƏFacebook
Öncəki xəbərƏrdoğan qanunsuz erməni silahlı dəstələrinin Qarabağda törətdiyi təxribatlara münasibət bildirib
Sonrakı xəbərNaxçıvanda tikinti işləri aparılan məktəb çöküb, ölənlər və yarananlar var
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın