Naxçıvan Muxtar Respublikası Babək rayonunun Nehrəm qəsəbəsində 3 saylı tam orta məktəb çöküb.

YALAN.info bildirir ki, APA-nın verdiyi xəbərə görə, hadisə məktəbdə tikinti işləri aparılan zaman baş verib.

Naxçıvan MR Xəstəxanasının qəbul şöbəsindən APA-ya bildirilib ki, xəstəxanaya 3 nəfərin meyiti və bir yaralı gətirilib. Yaralı Əliyev Alı Həsən oğlu reanimasiyaya yerləşdirilib. Ölənlər məktəbin tikintisində çalışanlardır.

Naxçıvan Muxtar Respublikası Babək rayonunun Nehrəm qəsəbəsindəki 3 nömrəli tam orta məktəbdə 2022-ci il martın 1-dən etibarən yenidənqurma işləri həyata keçirilirdi.

Naxçıvan Muxtar Respublikasının Bakıdakı daimi nümayəndəliyindən verilən xəbərə görə, 2022-ci il 31 mart tarixində Nehrəm qəsəbəsindəki 3 nömrəli tam orta məktəbdə tikinti işləri aparılarkən binanın bir divarı çöküb. Aidiyyatı qurumlar tərəfindən hadisənin səbəbləri ilə bağlı araşdırma aparılır.

Naxçıvanda məktəb çökdü – ÖLƏNLƏR VƏ YARALANAN VAR

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın