Ukrayna ATƏT-in Vyanada fevralın 23-24-də keçiriləcək Parlament Assambleyasında iştirak etməyəcək.

YALAN.info bildirir ki, buna səbəb Rusiya və Belarusun iştirakıdır. Bununla bağlı Ukrayna nümayəndə heyətinin üzvü, xalq deputatı Yevgeniya Kravçuk məlumat verib.

“Biz ATƏT Parlament Assambleyasının heç bir rəsmi tədbirində iştirak etməyəcəyik. Avstriya rusiyalılara 61 viza verib. Burada təkcə parlamentarilər deyil, həm də xüsusi xidmət orqanlarının nümayəndələri, görüşdən fürsət kimi istifadə etməyə gələcək təbliğatçılar da var”, – Kravçuk deyib.

O əlavə edib ki, ukraynalı parlamentarilər hələ də tərəfdaşlarla danışıqlar aparmaq üçün Vyanaya gedəcəklər. Həmçinin, onun sözlərinə görə, ATƏT-in toplantısının keçiriləcəyi Hofburq yaxınlığında Ukrayna icmasının etiraz aksiyaları planlaşdırılır.

Öncəki xəbərNetanyahu: İsrail İranın nüvə silahı əldə etməsinə icazə verməyəcək
Sonrakı xəbərPodolyak: Rusiya Ukraynada hər gün 800-1100 hərbçi itirir
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın