Kahramanmaraşda baş verən və ətraf vilayətlərə dağıdıcı təsir göstərən dəhşətli zəlzələdə həlak olanların sayı 21 043 nəfərə çatıb.

YALAN.info bildirir ki, bununla bağlı məlumatı Diyarbəkirdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan açıqlayıb. Onun sözlərinə görə, yaralıların sayı 80 097 nəfər olub.

Yada salaq ki, fevralın 7-də baş verən 7,7 və 7,6 maqnitudalı zəlzələlər zamanı güclü dağıntılar olub. Zəlzələlər Kahramanmaraş, Hatay, Osmaniye, Adıyaman, Qaziantep, Şanlıurfa, Diyarbəkir, Malatya, Kilis və Adanada ciddi dağıntılara gətirib çıxarıb. Xilasetmə işləri hələ də davam etdirilir.

Öncəki xəbərPentaqon: ABŞ İranın regionda yaratdığı problemin fərqindədir
Sonrakı xəbərPodolyak: Dünya şirkətlərinin yalnız 9 %-i Rusiyadan çıxıb. Bu, ikiüzlülükdür
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın