“TAP layihəsinin fəaliyyətə başlaması ilə Azərbaycan qazı İtaliyaya çatdırılıb”.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bununla ba\lı Türkiyə Xarici İşlər Nazirliyinin “Twitter” hesabında paylaşım edilib.

“Cənub Qaz dəhlizi istismara verildi. Ölkəmizin Avropanın qalan hissəsinin enerji güvənliyinə verdiyi töhfə baxımından yeni bir səhifə açıldı”, – deyə Türkiyə XİN-dən bildirilib.

Yada salaq ki, rəsmi qaynaqlar artıq Azərbaycanın təbii qazının TAP vasitəsilə Bolqarıstan və Yunanıstan ərazisinə daxil olduğunu təsdiqləyib.

Kommersiya məqsədli təbii qaz Melendugno məntəqəsindən SNAM Rete Gas (SRG) qazpaylayıcı şəbəkəsi ilə İtaliyaya, Nea Mesimvria məntəqəsindən isə DESFA şəbəkəsi ilə Yunanıstan və Bolqarıstana çatdırılıb. 878 km-lik boru kəməri Türkiyə-Yunanıstan sərhədində, Kipoidə Trans Anadolu Boru Kəmərinə (TANAP) birləşir, Yunanıstan, Albaniya və Adriatik dənizindən keçərək, İtaliyanın cənub sahillərinə çatır.

Öncəki xəbərAraşdırma: “Bitcoin”in dəyəri artır – Bizə “Bitcoin” lazımdır?
Sonrakı xəbərMahir Emreli: Azərbaycanda heç kim futbolu Qurban Qurbanov qədər bilmir
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın