Türkiyə Cümhuriyyətinin Şanlıurfa vilayətinin Akçakale rayonunda terror aktı baş verib.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı Anadolu Agentliyinə istinadla bildirir ki, terrorçuların öncədən quraşdırdığı əldədüzəltmə bombanın partlaması nəticəsində Türkiyə Ordusunun üç hərbçisi şəhid olub.

Türkiyə Silahlı Qüvvələri Türkiyə-Suriya dövlət sərhədində patrul xidməti aparan şəhid hərbçilərin ailələrinə başsağlığı verib. Türkiyə Cümhuriyyətinin Müdafiə Nazirliyindən verilən xəbərə görə, Akçakale sərhəd xəttində 3 əsgərin şəhid olduğu terror hücumundan sonra PKK/YPG hədəfləri güclü atəşə tutulub.

İlk təsbitlərə görə 12 terrorçunun zərərsizləşdirildiyi bildirilən açıqlamada, “Bölgədə terrorçulara qarşı əməliyyatlarımız davam edir. Şəhidlərimizin qanını heç vaxt yerdə qoymamışıq, qoymayacağıq. Qəhrəman yoldaşlarımıza Allahdan rəhmət, kədərli ailələrinə isə başsağlığı və səbr diləyirik” – deyilir.

MƏNBƏAnadolu Agentliyi
Öncəki xəbərAzərbaycan Ordusu Ermənistandan qənimət götürdüyü silahlarla təlim keçdi
Sonrakı xəbərBraziliyada çimərlikdə turistlərin üzərinə qaya parçası aşıb, ölən və yaralılar var
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın