Netflix Türkiyənin meqastarı Tarkanın həyatından bəhs ediləcək sənədli film çəkilir.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, Tarkan “Netflix” platforması ilə müqavilə imzalayıb.

Tanınmış müğənni Tarkandan gələn bu xəbər pərəstişkarlarını sevindirib. Uzun müddətdir xaricdə yaşayan sənətçi bir müddət öncə Türkiyəyə qayıtmışdı. Gəlir-gəlməz reklam filmi üçün kamera qarşısına keçən Tarkan, film haqqında çox danışılarkən sevənlərinə yeni mahnısının xəbərini verib.

Megastar istehsal üçün öz şəxsi arxivini açdı. Tarkan konsertlərini və özəl həyatının lent yazılarını rəqəmsallaşdırmaq üçün etibarlı mərkəz axtarır. Dünya ulduzu film üçün arxivini təqdim edib. İfaçı görüntülərin başqalarının əlinə keçməməsi üçün dörd nəfərdən ibarət komanda yaradıb.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın