“Kraliçanın Qambiti” (The Queens Gambit) serialının ssenari müəllifi və prodüseri Skott Frank məhkəmədə təsdiqləyib ki, serialda gürcü şahmatçısı Nona Qaprindaşvili ilə bağlı faktlar bilərəkdən dəyişdirilib.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bununla bağlı “Netflix”ə qarşı iddiasında şahmatçının maraqlarını müdafiə edən vəkil Maya Mtsariaşvili danışıb.

“Skott Frank müəyyən halları təsdiqləməyə məcbur oldu. O, Nona Qaprindaşvilinin real insan olduğunu bilirdi, həm də bilirdi ki, o, peşəkar karyerasının çox hissəsində kişilərlə oynayıb, ancaq bu vəziyyət (serialda) qəsdən dəyişdirilib”, – deyə Mtsariaşvili əlavə edib.

Hüquqşünasın sözlərinə görə, serialın yaradıcıları da Qaprindaşvilinin sovet şahmatçısı olduğunu bilirdi, ancaq serialda onu “rus” adlandırırdılar, çünki amerikalılar çox vaxt SSRİ vətəndaşlarını sadəcə olaraq “ruslar” adlandırıblar.

Mtsariaşvili onu da qeyd edib ki, “Netflix” məhkəmədən iddiaya son qoymağı xahiş edib, lakin onların vəsatəti təmin edilməyib və növbəti şifahi dinləmə 2022-ci il yanvarın 24-nə təyin edilib.

Xatırladaq ki, sentyabr ayında şahmat üzrə qadınlar arasında beşinci dünya çempionu Nona Qaprindaşvili “Kraliçanın Qambiti” serialını yayımlayan “Netflix”i  məhkəməyə verib. Belə ki, serialda Qaprindaşvilinin heç vaxti kişilərlə oynamadığı bildirilib. Gürcü şaxmatçının sözlərinə görə, halbuki 1968-ci ilə qədər 10-u qrossmeyster olmaqla, kişilərlə ən azı 59 partiya oyun keçirib. Həmçinin, Qaprindaşvilinin filmdə gürcü deyil, rus kimi tanıdılması xoşuna gəlməyib. Bununla bağlı o, 5 milyon dollar (təxminən 8 500 000 manat) təzminat və kişi şahmatçılarla heç vaxt oynamaması ilə bağlı replikin serialdan çıxarılmasını tələb edir.

Netflix Sued for $5 Million Over Sexist Queen’s Gambit Reference | E! News

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın