Tanınmış biznesmen və ixtiraçı İlon Mask (Elon Musk) dünyanın ən varlı insanına çevrilib.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bununla bağlı “Bloomberg” agentliyi məlumat yayıb.

Belə ki, “Tesla”nın səhmləri bu gün keçirilmiş hərracda 5,38 % artaraq 796 38 dollara yüksəlib və İ.Mask varlı insanların reytinqində Ceff Bezosu keçib.

Son məlumata görə, indi İ.Maskın sərvəti 188,5 milyard dollar qiymətləndirilir.

Qeyd olunur ki, 2020-ci ilin əvvəlində İ.Maskın sərvəti təxminən 27 milyard dollar olaraq qiymətləndirilirdi və 49 yaşlı iş adamı hətta ən varlı 10 nəfərin siyahısına daxil deyildi.

Öncəki xəbərCo Bayden Trampın andiçmə mərasiminə qoşulmamasına sevindiyini bildirib
Sonrakı xəbərKim Çen In: Xarici dünya ilə əlaqələrimizi genişləndirməliyik
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın