Şimali Koreya lideri Kim Çen In bəyan edib ki, ölkəsi xarici dünya ilə əlaqələrini genişləndirməlidir.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bununla bağlı “Yonhap” agentliyi xəbər yayıb.

Kim Çen In bu barədə paytaxt Pxenyanda keçirilən Koreya İşçi Partiyasının qurultayında açıqlama verib.

“Biz xarici ölkələrlə əlaqələrimizi hərtərəfli genişləndirməli və inkişaf etdirməliyik”, – deyə Şimali Koreya lideri vurğulayıb.

Kim Çen In əlavə edib ki, indiki durum və dəyişən zaman ölkəsinin xarici dünya ilə əlaqələrini genişləndirməsini diqtə edir.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın