Tərtər rayonunda qoyun otaran şəxs minaya düşüb.

YALAN.info bildirir ki, hadisə aprelin 9-da baş verib.

TƏBİB-in İctimaiyyətlə əlaqələr və tədbirlər şöbəsinə müdiri Zamirə Ədilova “Report”a bildirib ki, Goranboy rayonu Xoylu kəndi sakini 1976-cı il doğumlu Həsənov Elnur Tofiq oğlu hər iki baldırın orta 1/3 hissəsinin travmatik amputasiyası ilə Bərdə Rayon Mərkəzi Xəstəxanasına gətirilib.

O qeyd edib ki, xəstə həyatı göstərişlə əməliyyata qəbul olunub. Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib ki, faktla bağlı Tərtər rayon Prokurorluğunda araşdırma aparılır.

MƏNBƏReport informasiya agentliyi
Öncəki xəbərUkrayna Prezidenti Volodimir Zelenski: Daha ağlaya bilmirəm
Sonrakı xəbərBrüssel görüşündə əldə olunan anlaşmalar dünya mətbuatının diqqət mərkəzindədir
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın