“Ukraynada sülh ola bilər, yalnız məsələ onun Ukraynaya hansı torpaq güzəştlərinin bahasına başa gələcəyidir”.

YALAN.info bildirir ki, bu sözləri NATO-nun Baş katibi Yens Stoltenberq Alyansın Finlandiyanın paytaxtı Helsinkidə keçirilən mətbuat konfransında səsləndirib.

“Ukraynada sülh ola bilər. Məsələ onun qiymətinin nə olacağıdır: biz bu sülh üçün nə qədər torpaq, azadlıq və demokratiya ödəməyə hazırıq. NATO Ukraynanın Rusiya ilə danışıqlar masaında mövqeyini gücləndirmək üçün yardım etmək niyyətindədir”, – o bildirib.

Bununla yanaşı, Y.Stoltenberq NATO hərbçilərinin Ukraynadakı münaqişədə iştirak etmədiyini qeyd edərək Alyansın bu ölkədən kənarda hərbi əməliyyatların alovlanmasını istəmədiyini vurğulayıb:

“Müharibənin əvvəlindən biz həmişə müstəqillik uğrunda mübarizə aparan ölkəyə kömək etməyə çalışmışıq, ancaq eyni zamanda mümkün qədər eskalasiyadan yayınmağa da çalışmışıq. Ona görə də heç vaxt Ukrayna ərazisinə girməmişik və ukraynalıların uçuşa yasaq zonanın yaradılması istəyini qəbul etmədik”.

Öncəki xəbərMaks Ferstappen ilk dəfə “Formula 1” üzrə Azərbaycan Qran-prisinin qalibi oldu
Sonrakı xəbərAzərbaycan Ordusunun iki hərbi qulluqçusu xəstəlikdən vəfat edib
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın