Diasporla İş üzrə Dövlət Komitəsinin və “YAŞAT” Fondunun təşəbbüsü, Azərbaycan Diasporuna Dəstək Fondunun təşkilatçılığı ilə “Birlikdə yaşadaq” şüarı altında keçirilən “YAŞAT” Xeyriyyə marafonu uğurla davam edir.

Azərbaycan diasporu tarixində ilk dəfə keçirilən xeyriyyə marafonunun məqsədi dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılara qazilərə və şəhid ailələrinə dəstək üçün çağırışlar etmək, birlik və həmrəylik nümayiş etdirərək, Azərbaycan diasporunun daim dövlətimizin, torpaqlarımızın azadlığı yolunda canını və sağlamlığını fəda edən insanların yanında olduğunu göstərməkdir. 

Marafonla bağlı proqram mayın 25-i, saat 21.00-da Azərbaycan Televiziyası ilə nümayiş olunacaq və həmin yayımda müxtəlif ölkələrdə yaşayan həmvətənlərimizlə, ictimai xadimlərlə, tanınmış şəxslərlə canlı bağlantılar təşkil ediləcək, şəhid ailələri, Vətən müharibəsi qəhrəmanları çıxış edəcəklər. Daha sonra xeyriyyə marafonunun nəticələri ictimaiyyətə açıqlanacaq.

Öncəki xəbərMeksikalı Andrea Meza Kainat gözəli-2021 yarışmasının birincisi seçildi
Sonrakı xəbərSergey Lavrov: Azərbaycan-Ermənistan sərhədində bircə güllə də atılmayıb
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın