İngiltərə Premyer Liqasının XXVI turunda “Mançester Yunayted” səfərdə “Liverpul”a 7:0 hesabı ilə uduzub.

YALAN.info bildirir ki, mərkəzi oyunda “Liverpul” və “Mançester Yunayted” birincilərin meydanında üz-üzə gəlib.

“Enfild”də keçirilən qarşılaşma “Liverpul”un qələbəsi ilə başa çatıb – 7:0. “Qırmızılar”ın heyətində Kodi Qakpo, Darvin Nunyes və Məhəmməd Salah dubl edib, son qolu isə Roberto Firmino vurub. Xalını 42-yə çatdıran “Liverpul” 5-ci pilləyə yüksəlib. “Mançester Yunayted” 49 xalla 3-cüdür.

“Fox Sports”un xəbərinə görə, “Enfild” stadionunda baş tutan qarşılaşmanın hesabı “qırmızı şeytanlar”ın tarixi antirekordunun təkrarıdır. Daha əvvəl üç dəfə 0:7 uduzan “mankunianlar” sonuncu dəfə 92 il əvvəl belə aqibətlə üzləşiblər. “Mançester Yunayted” 1931-ci ildə “Vulverhempton”a 0:7 hesabı ilə məğlub olub.

Sözügedən qarşılaşma “Liverpul”un hücumçusu Məhəmməd Salah üçün də əlamətdar olub. Dubl edən misirli vinger Mersisayd təmsilçisinin çempionatda ən çox qol vuran oyunçusu adına sahib çıxıb. Premyer Liqada 129 dəfə fərqlənən Salah 128 qol vurmuş Robbi Fauleri geridə qoyub.

https://www.youtube.com/watch?v=iBuTEywEQ6U

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın