“Avropa Birliyi Rusiyadan qaz və neft tədarükündən asılılığından qurtulub”.

YALAN.info bildirir ki, bu sözləri bazar günü Avropa Komissiyasının (AK) sədri Ursula fon der Lyayen Almaniya kansleri Olaf Şolts ilə birgə mətbuat konfransında deyib.

“Avropa Birliyinin Rusiya neft və qaz tədarükündən asılılığı artıq keçmişdə qalıb. Rusiya səkkiz ayda Avropaya qaz ixracını 80 % azaldıb. Biz birlikdə böyük zəhmət hesabına bunu kompensasiya edə bildik. Təbii ki, ABŞ və Norveç kimi yaxşı dostlar bizə kömək etdilər. Onlar mayeləşdirilmiş və borularla təchizatda bizə dəstək oldular”, – fon der Lyayen bildirib.

AK rəhbərinin sözlərinə görə, Moskva birlik ölkələrinə enerji tədarükünü azaltmaqla AB-nin birliyini pozmağa çalışıb.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın