“Müharibə zonasından gətirilmiş uşaqlar rus dilini öyrənəcəklər. Lakin təhsil müəssisəsinin imkanları daxilində Ukrayna dilini də öyrənməyə davam edə biləcəklər”.

YALAN.info bildirir ki, bunu Rusiya Federasiyasının Prezidenti yanında Uşaq Hüquqları üzrə Ombudsman Mariya Lvova-Belova Xarici İşlər Nazirliyində keçirilən mətbuat konfransı zamanı deyib.

“Bizim dövlət dilimiz rus dilidir. Təbii ki, onların öyrənəcəkləri əsas dil rus dilidir. Ancaq onların milli əsasda Ukrayna dilini seçmək imkanı da var. Əgər təhsil müəssisəsində belə bir imkan olarsa, təbii ki, uşaqlar, həmçinin Ukrayna dilini də öyrənməyə davam edə bilərlər”, – deyə Lvova-Belova vurğulayıb.  

Ombudsman, həmçinin müharibə bitdikdən sonra müharibə zonasından gətirilən uşaqların öz doğma şəhərlərinə qaytarılması ilə bağlı sualı da cavablandırıb. “Bütün uşaqların qanuni təmsilçiləri var. Bu qərar qanuni təmsilçilər, valideynlər tərəfindən veriləcək. Sosial müəssisələrin şagirdləri olan uşaqlarla bağlı qərarı yeni respublikalarımızın rəhbərləri verəcəklər”, – deyə o əlavə edib.

Yada salaq ki, Haaqa Beynəlxalq Cinayət Məhkəməsi Rusiya Prezidenti Vladimir Putinin, eləcə də Rusiyanın uşaq hüquqları üzrə komissarı Mariya Lvova-Belovanın həbsi üçün beynəlxalq orderlər verib. Məhkəmə izah edir ki, Putin və Lvova-Belova ukraynalı uşaqları qanunsuz deportasiya etməkdə şübhəli bilinirlər.

MƏNBƏTASS
Öncəki xəbərDmitri Medvedev Josep Borreli axmaq adlandırdı
Sonrakı xəbərAQTA İran və Belarusun bir sıra ixracatçılarına qadağa qoydu
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın