Rusiya Ordusunun Ukraynaya hərbi müdaxiləsi nəticəsində indiyədək 223 uşaq ölüb, 408 uşaq güllə və qəlpə yarası alıb.

YALAN.info bildirir ki, məlumatı Ukraynanın Baş Prokurorluğu yayıb.

Müharibə başlayandan indiyədək xəsarət alan uşaqların toplam sayı isə 631-ə çatıb. Uşaqlar daha çox Donetsk, Kiyev, Xarkov, Çerniqov, Nikolayev, Xerson, Luqansk, Zaporojye vilayətlərində, Kiyev, Sumı, Jitomir şəhərlərində xəsarət alıb.

Prokurorluqdan qeyd olunub ki, bu rəqəmlər son göstərici deyil, müvəqqəti işğal altında olan və azad edilən Ukrayna ərazilərində uşaqlarla bağlı informasiyaların toplanması davam edir.

Bildirilib ki, Rusiya hərbi qüvvələrinin gündəlik bombardmanı və atəşi nəticəsində 1 607 təhsil müəssisəsinə ziyan dəyib, onlardan 121-i tamamilə dağılıb.

Öncəki xəbərRaket və artilleriya bölmələrində döyüş atışlı taktiki təlimlər keçirilib
Sonrakı xəbərUkrayna MN: Donetsk və Tavriya istiqamətlərində intensiv döyüşlər davam edir
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın